Cəmiyyət 

Paytaxt yollarında sarı kəsişmə toru tətbiq olunacaq

ARANTV.AZ xəbər verir ki, bu gündən paytaxt yollarında sarı kəsişmə torunun tətbiqinə başlanılır. İlk dəfə Londonda uğurla sınaqdan keçirilən bu vasitə pik saatlarda yaranan tıxacların qarşısını alacaq.

Günün pik saatlarından əksər sürücülər qarşıda tıxacın olmasına baxmayaraq yolların kəsişmə nöqtələrinə daxil olmağa çalışırlar. Nəticədə isə qarşı tərəfdən gələn avtomobil yoluna davam edə bilmir və hərəkət məhdudlaşır. Bu ənənəvi problemi aradan qaldırma üçün də Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında yeni layihənin tətbiqinə başlayır. Sarı kəsişmə toru tıxac yaranan yolayrıclarına girişi qadağan edir.

Sarı kəsişmə toru ilk dəfə 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib. Hazırda Avropanın və Asiyanın bir sıra ölkələrində, ABŞ-da tətbiq olunur. Bu vaistənin paytaxtımızda da tətbiqi həm də insanları yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə sövq edəcək. Tıxac zamanı qaydalara əməl etməyib kəsişmə zolağına daxil olan sürücülər cərimələnəcəklər. Bu, sistem tam istifadəyə verildikdən sonra mümkün olacaq. Hazırda isə Bakı Nəqliyyat Agentliyi yeniliyin qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi hazırlayaraq aidiyyatı qurumlara göndərib.

Daha çox xəbərlər