Dünya 

Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 13 675 nəfərə çatıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində 350 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 217 nəfər koronavirusdan ölüb, 8 933 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Daha çox xəbərlər