Gürcüstanda koronavirusa yoluxanların sayı 818 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 818 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, son sutka ərzində 6 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu günədək Gürcüstanda 13 nəfər koronavirusdan ölüb, 686 nəfər isə sağalıb. Xəstəxanalarda 119 nəfərin müalicəsi davam edir.

