Moskvada koronavirusdan ölənlərin sayı 3 085 nəfərə çatıb
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 56 xəstə dünyasını dəyişib”.
Ümumilikdə şəhərdə koronavirusdan 3 085 nəfər ölüb.

