Arıçılıq məhsullarının sayca 19-cu sərgi-satış yarmarkası işə başlayıb
ARANTV.AZ xəbər verir ki, Arıçılıq məhsullarının sayca 19-cu sərgi-satış yarmarkası işə başlayıb. Okyabrın 28-dək davam edəcək yarmarkada 120 ton təmiz bal alıcılara təklif edilir. Yarmarkada ilk dəfə “Qarabağlı” brendi ilə 500 kiloqram arı məhsulları satışa çıxarılıb.
Elə keyfiyyətə üstünlük verilməsinin nəticəsidir ki, yarmarkaya təqdim edilən məhsullar Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə analiz edilərək kodlaşdırılıb. Bütün bal məhsulları ekspertizadan keçirilib.
Beləliklə, 371 sahibkar təmiz bal və bal məhsullarını alıclara təklif edir. Məhsulun 5 tonu çərçivə balıdır. Satış qiymətinə hər hansı müdaxilə yoxdur. Yəni malın keyfiyyətindən asılı olaraq, qiymətləri arıçılar özləri müəyyənləşdirir. Ən aşağı qiymət kiloqrama görə 20-25 manatdan başlayır.
Yarmarkadakı məhsullar ilkin labarator analizdən keçirilsə də, balın keyfiyyətinə şübhə yaranacağı təqdirdə, alıcılar təkrar labarator müayinəni tələb etmək haqqına malikdirlər.
Yarmarkada ilk dəfə “Qarabağlı” brendi ilə 500 kiloqram arı məhsulları satışa çıxarılıb. Onların içərisində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin arıçılarının istehsal etdiyi bal da var. Ümumilikdə, yarmarkada respublikanın bütün iqtisadi rayonları təmsil olunur. Sayca 19-cu olan yarmarka Gənclik metrostansiyasının yaxınlığında, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında təşkil edilib.

