Cəmiyyət 

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

ARANTV.AZ xəbər verir ki,“ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat təqdim edilib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə  ümumilikdə 634 xidmətin  qiymətləndirildiyi bildirlib.

Pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 634 xidmət qiymətləndirilib. Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərlinin sözlərinə görə, məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsidir. Eləcə də xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsidir. “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə hesabatını  təqdim edən Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Rəvan Səmədov  bildirdi ki, ötən ildə olduğu kimi bu dəfə də  bütün parametrlər üzrə ən yaxşı nəticəni göstərən xidmət müəyyən edilməyib. Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində yaradılan “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə alt sistemi üzərindən elektron formada həyata keçirilib. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə  bildirdi ki, dövlət xidmətlərinin qiymətləndirliməsi üzrə  təmsil etdiyi ali təhsil ocağı agentiklə əməkdaşlıq edir və bu da səmərəli nəticə verir. Almaz Mahmud, Vüqar Həsənov, xəbərlər

Daha çox xəbərlər