Siyasət 

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb

ARANTV.AZ xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayıb. Sessiyanın elə ilk günündən ikili standartlar özünü göstərməyə başlayıb. Bu dəfə avropalı parlamentarilər Türkiyədə keçirilmiş növbədənkənar seçkilərə qərəzli münasibət sərgiləyiblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri isə qardaş ölkədə baş tutan prezident və parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçirildiyini diqqətə çatdırıblar.

Avropa  Şurası Parlament Assambleyası payız sessiyasının ilk günündə Türkiyədə iyun ayında keçrilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı müşahidə missiyasının qərəzli hesabatı dinlənildi. Bir neçə parlamentari heç bir ciddi əsas gətirmədən Türkiyədə keçirilmiş seçkiləri tənqid etdi. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri isə qardaş ölkədə baş tutmuş prezident və parlament seçkilərinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçirildiyini diqqətə çatdırdılar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirdi ki, seçicilərin 86 faizi seçkilərdə iştirak edib. Onun sözlərinə görə,  Avropanın bir sıra ölkələrində belə yüksək göstərici qeydə alınmır. Digər millət vəkillərimiz də Türkiyənin bütün regionlarında səsvermənin uğurla baş tutduğunu vurğuladılar. Azərbaycanın Türkiyəyə hər zaman dəstək olduğunu deyən qardaş ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri də ikili standartları kəskin qınayırlar.

AŞPA-nın sessiyası oktyabrın 12-dək davam edəcək.

Daha çox xəbərlər