Maraqlı 

Pandemiyadan ilham alanlar da var imiş

Əksər insanlar koronavirus pandemiyası ilə əlaqədar olaraq təşviş içindədirlər. Təcrid tədbirləri, ünsiyyətin azalması, iqtisadi cəhətdən böhranın qapıda olması və s. bütün dünyada insanları sıxır. Ancaq bütün bu qarışıqlıqlardan ilham alanlar da var. Buna gözəl bir nümunə rumıniyalı pinəçi Kluj Qriqore Lupun ideyasıdır. Ayaqqabı ustası üçün sosial məsafə anlayışı lap göydəndüşmə olub.

Qriqore Avropa ölçü cədvəlində 75 ölçüdə uzunburun ayaqqabı hazırlayıb. O bildirib ki, küçə və mağazalarda sosial məsafə qaydalarına əməl etməyən insanları gördükdən sonra belə bir ayaqqabı hazırlamaq qərarına gəlib.

“Lup” adlandırılan bu ayaqqabını geyinən şəxsdən insanlar ən az yarım metr aralı dayanmağa məcbur olacaqlar. Ümumilikdə ayaqqabının uzunluğu 76 sm-dir. Qriqore Lupun inernet səhifəsindən həmin ayaqqabını 115 dollara sifariş etmək olar. Ayaqqabını təbii dəridən, altlığı isə iki variantda – təbii dəridən və rezindən hazırlayır. Saytda sifariş edərkən ayaqqabının rəngini və formasını müştəri özü seçə bilər. 36-dan 48-ə qədər bütün ölçülər var.

Nubar Süleymanova,

“İki sahil”

Daha çox xəbərlər