Rusiyada koronavirusa yoluxanların sayı yarım milyonu keçdi
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 779 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 502 436 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 532 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 261 150 nəfər virusdan sağalıb, 234 754 nəfərin müalicəsi isə davam edir.

