İspaniyada karantin qaydalarını pozan Belçika şahzadəsi cərimələndi
İspaniyada karantin rejimini pozduqdan sonra koronavirusa yoluxmuş Belçika şahzadəsi Yoaxim 10 800 avro məbləğində cərimələnib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, şahzadə Yoaxim mayın 24-də İspaniyaya gəldikdən 2 gün sonra Kordoba şəhərində kütləvi tədbirdə iştirak edib.
İspaniyada pandemiya ilə əlaqədar ölkəyə gələn əcnəbilər 14 günlük karantinə alınmalıdır.
Şahzadə bu addımına görə üzr istəyib.

