Hadisə 

Abşeronda maşın qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldı

Abşeronda maşın qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Saray qəsəbəsi ərazisindən yerli sakin A.Hüseynovun “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinənlər – Bakı şəhər sakinləri T.Almazov və əvvəllər məhkum olunmuş Y.Nəcəfov saxlanılıb.

Daha çox xəbərlər