Hava 

Bakıda günvurma hallarının sayı xeyli azalıb – Coğrafiya İnstitutu

Bakıda anomal isti günlərin sayının artmasına baxmayaraq, günvurma halları xeyli azalıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, 2006-cı ildən sonra kəskin istilər zamanı tibbi meteoroloji xəbərdarlıqların verilməsi sayəsində əhali arasında günvurma hallarının sayı əvvəlki dövrlə (1995-2005-ci illər) müqayisədə xeyli azalıb:

“Məsələn, 2005-ci ildə havanın temperaturunun 35 dərəcədən yüksək olduğu günlərin sayı 17, günvurma hallarının sayı 230 olub. Amma 2010-cu ildə müvafiq olaraq 44 günə 160, 2014-cü ildə isə 20 günə 47 hadisə qeydə alınıb”.R.Məmmədov əlavə edib ki, son onilliklərdə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Bakıda ən güclü isti dalga isə 2010-cu ildə qeydə alınıb.

Daha çox xəbərlər