Hadisə 

Sumqayıtın mərkəzi küçəsində faciəvi hadisə – QADIN ÖLDÜ

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

ARANTV.AZ  xəbər verir ki, iyunun 11-də saat 14 radələrində Sumqayıt şəhəri Sülh küçəsində Xaçmaz rayon sakini İ.Hacıyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini İradə Şıxəliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər