İdman 

“Qarabağ”dan kimlər gedəcək?

“Qarabağ”da mövsümün sonunda köklü dəyişikliklər gözlənilir.

Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi növbəti mövsüm üçün hazırlıqlara başlayıb.

Bəzi adlar artıq komandada olmayacaq:

Bədavi Hüseynov: Karyerasını bitirəcəyi gözlənilir.

Ramil Şeydayev: Mövsüm sonu müqaviləsi yenilənməyəcək.

Bəhlul Mustafazadə: Gələcəyi qeyri-müəyyəndir, legioner həyatı yaşamaq istəyir.

Sami Mmaye: İcarə müqaviləsi bitir, transfer hüquqları alınmayacaq.

Kris Kuaku: Yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.

Fabian Buntiç: Yeni mövsümdə komandada qalma ehtimalı çox azdır.

Marko Yankoviç və Mateuş Koxalski: Rəsmi təklif gələrsə, satılacaqlar.

(fanat.az)

Daha çox xəbərlər