9 aylıq uşaq nəyi bacara bilər?
Balanızın 9 ayı tamam olubsa, o,
uzaqda yerləşən əşyanı götürməyə çalışmalı
düşən əşyanı axtarmağı bacarmalıdır.
Uşaq bunları bacarmırsa, həkimə müraciət edin. Amma narahat olmağa dəyməz, bu nadir hallarda
hansısa problemlə bağlı olur. (Vaxtından əvvəl doğulmuş uşaqlar adətən yaşıdlarından gec—daha
doğrusu öz bioloji yaşlarına uyğun inkişaf edirlər. Yəni, məsələn, hamiləliyin 6-cı ayında doğulmuş
uşaq 4 aylıq olanda 1 aylıq uşaqla eyni olur.)
9-cu ayın sonunda uşaq
oturaq vəziyyətdə qalxmağa cəhd etməyi
qarnı üstə olduğu halda çevrilib oturmağı
oyuncağı əlindən almaq istəyəndə etiraz etməyi
kimdənsə, ya nədənsə tutaraq ayaq üstə dayanmağı
iməkləməyi
baş və şəhadət barmağının köməyi ilə kiçik əşyanı tutmağı
aydın olmasa da “ana”, “ata” deməyi
başını gizlətməklə “gizlənqaç” oynamağı, əl çalmağı
əlini yelləyərək “sağollaşmağı”
tutaraq yeriməyi bacara bilər.
bu dövrdə uşaqlar “yox”, “olmaz” sözlərini artıq anlaya, amma tabe
olmaya bilərlər
9 aylıq uşaq hətta
topla oynamağı (atdığınız topu sizə doğru diyirləməyi)
kimsənin köməyi olmadan fincandan su içməyi
baş və şəhadət barmağının köməyi ilə kiçik əşyanı tutub qaldırmağı
ayaq üstə sərbəst dayanmağı (bir neçə saniyə, hətta uzun müddət)
“ana” və “ata”, hətta başqa sözü aydın ifadə etməyi
kiçik əmrlərinizə jestlə cavab verməyi (“topu ver” dedikdə sizə uzatmağı) bacara bilər.

