Maraqlı 

Diş çıxarmanın 6 əsas əlaməti

Dişin çıxması prosesi ilk dişin görünməsindən çox əvvəl başlayır
Uşağın ilk dişi adətən 7-ci ayda çıxır. Amma hər uşağın özünəməxsus olduğunu nəzərə alsaq, ilk
dişlərin 7-ci aydan tez, yaxud gec çıxması da normaldır.
Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. Körpənizin dişlərindən əvvəl
onun əlamətlərini görə bilərsiz. Uşaqlarda diş çıxarmanın 6 əsas əlaməti müəyyən olunub.
1. Selik. Seliyin çoxalması dişin çıxmasının birinci əlamətidir və selik özünü dişdən çox əvvəl
göstərməyə başlayır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən selik körpənin
ağzının ətrafında, boğazında qızartı əmələ gətirir, ya da yüngül öskürəyə səbəb olur. Yəni qripin,
soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürəyə səbəb selikdir. Seliyə səbəb diş!
2.Qaşıntı. Uşaqların dişi çıxanda damağı qaşınır, ya
da damaqda göy ləkələr əmələ gəlir. Həkimlər
narahat olmamağı məsləhət görür, ləkələr də, qaşıntı
da öz-özünə keçib gedəcək. Bərk, soyuq şey,
məsələn, kök “gəmirərsə” dişə cavab reaksiyası
vermiş olar, uşaq rahatlayar (diş artıq çıxıbsa, kök
verməyin, dişləyə bilər).
Yaxud damağı masaj etmək olar. Uşaqlar
adətən özləri barmaqlarını çeynəyərək bunu
edirlər. Ananın müdaxiləsi əvvəl xoşa
gəlməyə bilər, ancaq damağa təzyiq uşağı
rahatladıqca sakitləşir.
3. Ağrı. Uşaqları adətən ilk dişlər incidir. Zərif damaq dişin çıxmasına müqavimət göstərərək
ağrıyır. Və diş damağı yarmağa başlayanda ağrı o qədər olur ki, uşaq hər şeyə qıcıqlanır. Bəzi
uşaqları diş heç ağrıtmadığı halda, bəziləri həftələrlə ağlaya bilər. Elə olur ki, dişin ağrısı qulağa,
yanağa vurur. Uşaq üzünü, qulağını ovuşdurmağa başlayır (amma bu hərəkətə səbəb qulaq ağrısı
da ola bilər).
Ağrı uşağın qidalanmasına mane olur. Dişi çıxan uşaq damağı ağrıdığı üçün bərk qidadan, bəzən
hətta butılkadan, döşdən imtina edir. Narahat olmayın, ağrı keçən kimi körpəniz yenə yemək
istəyəcək. Əlbəttə, uşaq yeməkdən gündə bir neçə dəfə imtina edərsə, həkimlə məsləhətləşmək
lazımdır. Yalnız bərk qidadan imtina edirsə, hələlik ana südü və ya süni qida ilə kifayətlənmək olar.
15.06.2020 Diş çıxarmanın 6 əsas əlaməti | Bala.Az
bala.az/dis-cixarmanin-6-esas-elameti/ 2/2
4. Yuxusuzluq. Diş uşağı təkcə gündüz deyil, gecə də incidə bilər və nəticədə rahat yatan uşaq da
gecələr oyanmağa başlayar. Bu halda uşağa tez-tez döş verməyə, onu davamlı olaraq qucaqda
saxlamağa, yelləməyə tələsməyin. Unutmayın ki, ağrı müvəqqətidir (çox vaxt uşağı yalnız ilk diş
incidir) və uşağın özünün sakitləşməsini gözləyin. Əks halda sizin reaksiyanız vərdişə çevrilər və
uşaq dişi ağrımayanda da gecələr yemək, qucaqda gəzmək istəyər.
Yatmamışdan əvvəl uşağı havada gəzdirmək, vanna etmək, damağın masajı faydalı
olar.
5. Temperatur. Elə uşaqlar var ki, dişi çıxanda bədəninin hərarəti artır. Normalda temperatur yalnız
38 dərəcəni keçərsə, həkimlə məsləhətləşib, uşağa dərman vermək lazımdır. Ancaq elə uşaqlar
var ki(məsələn, əmgəyi bitişməyən), qızdırmaya davamı aşağıdır. Bu halda uşağın temperaturu 38
dərəcəyə çatmamış tədbir görmək gərəkdir.
Bütün hallarda temperatur çox qalxmasa belə, 3 gündən artıq davam edərsə,
həkimə müraciət etmək zəruridir.
6. Diareya. Bəzi uşaqların dişi çıxanda bağırsaqları pozulur. Əlbəttə, pozuntuya məhz dişin səbəb
olduğunu analar müəyyən edə bilməz. Odur ki, uşağın nəcisində dəyişiklik olan kimi həkimə
müraciət etmək vacibdir.

Daha çox xəbərlər