Hadisə 

Bakıda mənzildən 2500 manatlıq oğurluq edildi

Bakıda mənzildən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi və Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən 1710 manat pul və 750 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Qabilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər