Hadisə 

DİN Ağstafada baş verən qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Ağstafada baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 14-də Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş T.Heydanov münaqişə zəminində qonşusu Hürriyyət Şəmilovu bıçaqla qətlə yetirib.

Polis və prokuroqluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən T.Heydanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Ağstafa rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər