Türkiyənin Antalya şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin 3-cü görüşü keçirilir
ARANTV.AZ xəbər verir ki, Türkiyənin Antalya şəhərində Avrasiya ölkələrinin parlament sədrlərinin 3-cü görüşü keçirilir. 40-a yaxın ölkə və beynəlxalq qurumun nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan da təmsil olunur.
40-a yaxın ölkə və beynəlxalq qurumun qatıldığı Avrasiya ölkələrinin parlament sədrlərinin 3-cü görüşündə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantının açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya bölgəsindəki münaqişələr, o cümlədən, Azərbaycan torpaqlarının hələ də işğal altında qalması, terrorla mübarizə, həmçinin bu coğrafiyadakı ekoloji problemlər, eləcə də davamlı inkişafın təmin edilməsinin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, Avrasiya ölkələrinin parlament sədrlərinin forumunun katibliyinin yaradılmasınə təklif edərək, bu əməkdaşlığı strukturlaşdırılmasımım regiondakı problərin həllinə tövhə verəcəyinə inandığını bildirdi. Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən nəhəng iqtisadi layihələr bir çox Avrasiya ölkəsində sülh, sabitlik və rifaha xidmət edir. Bu layihələr həyata keçirilərkən ekologiya məsələlərinə xüsusi önəm verilib. Azərbaycan parlamentinin başçısı qeyd etdi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ probleminin hələ də həll edilməmiş qalması həm Avrasiya, həm də bütövlükdə dünyada sülh və sabitlik böyük təhlükə yaradır. Bu arada, Azərbaycan nümayəndə heyəti toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirdi. Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu məmnuniyyətlə qeyd edildi. Koreya Respublikası parlamentinin sədri Mun Hi Sangla görüşdə isə iki ölkə arasındakı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıldı. Antalyada həmçinin Türkdilli ölkələrin parlament assamblyeası TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrlərinin görüşü də keçirildi. Tədbirdə qurumun yaradılmasının 10 illiyi münasibəti ilə gələn ay İzmirdə keçiriləcək TÜRKPA-nın Baş məclisinin toplantısı ilə bağlı məsləhətləşmələr aparıldı.Türkiyə parlamentinin sədri Binəli Yıldırım qeyd etdi ki, qardaş ölkələr arasında əməkdaşlıq TÜRKPA çərçivəsində uğurla inkişaf edir, Özbəkistanın yaxın vaxtlarda qurumun işində üzv vəya müşahidəçi qismində iştirakı arzu olunandır. Həmçinin Türkmənistanın da bu əməkdaşlığa cəlb edilməsi üçün səy göstərilməlidir.

