Hadisə 

Bakıda dörd nəfər köməksiz qaldı

Ötən sutka ərzində Bakıda dörd nəfər köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Yasamal və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı üç müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən dörd nəfərin liftdən çıxarılması təmin edilib.

Daha çox xəbərlər