Sosial 

Azərbaycan vətəndaşlarının Gürcüstandan təxliyyəsi başlanır – FOTO

Gürcüstandan təxliyyə ediləcək Azərbaycan vətəndaşlarından koronavirusla bağlı testlərdən keçir.

ARANTV.AZ-ın xəbərinə görə, təxliyyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-dan PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də, saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Təxliyyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

APA

Daha çox xəbərlər