38 yaşlı kişi su kanalında boğuldu
Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlu batıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

