Bakıda sakinlərin müvəqqəti yaşadığı xəstəxanaya koronaviruslu xəstələr köçürülür? – VİDEO
“Azərsu-tikinti” xəstəxanasının bərbad vəziyyətdə olması ilə yanaşı, vətəndaşlar yaşayış olan binaya koronavirus xəstələrinin köçürüldüyünü iddia edirlər.
Bu barədə Oxu.Az-a vətəndaşlar tərəfindən müraciət edilib.
Paytaxtın Nizami rayonunun Babək prospekti 11a 2376-cı məhəlləsində yerləşən “Azərsu-tikinti” xəstəxanasında müvəqqəti məskunlaşan şəxslər iddia edirlər ki, onlar köçürülmədən koronavirusa yoluxan xəstələrin buraya gətirilməsinə başlanılıb:
Məsələ ilə bağlı irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məlumatlar həqiqəti əks etdirmir:
“Sözügedən “Azərsu-tikinti” xəstəxanasına koronavirus xəstələrinin yerləşdirilməsinə başlanılmayıb”.
Xatırladaq ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı müəyyənləşdirilən xüsusi rejimli xəstəxanaların siyahısı arasında “Azərsu-Tikinti” xəstəxanasının da adı var.

