Rusiyada son sutkada koronavirusdan 153 nəfər ölüb
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 7 425 nəfər virusa yoluxub, 153 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 599 705 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 359 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 356 429 nəfər virusdan sağalıb, 234 917 nəfərin müalicəsi isə davam edir.

