Hadisə 

Bakıda qonşusunu bıçaqlayan şəxsin evində külli miqdarda narkotik aşkarlandı

Maştağada qonşusunu bıçaqlayan şəxsin evində külli miqdarda narkotik aşkarlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 22-də Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş beş ədəd çətənə kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər