Gündəm 

“Zenith Energy” Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb

Azərbaycanda quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi üzrə operator, Kanadanın “Zenith Energy Ltd” şirkəti müqavilə reabilitasiya sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təhvil verilməsi prosesini başa çatdırıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə “Zenith Energy Ltd” şirkətinin bəyanatında deyilir.

Məlumata əsasən, təhvil nəticəsində şirkət Azərbaycanda neft hasilatı üzrə bütün əməliyyatları dayandırıb və 170-ə yaxın personal SOCAR bölmələrinə köçürülüb.

Şirkət bildirib ki, Azərbaycandakı filial SOCAR-da neft hasilatı üçün 508 min dollara yaxın ödəniş alıb.Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti geoloji kəşfiyyat işləri ilə bağlı olacaq.

Daha çox xəbərlər