“AtaBank”da əmanətləri olanların NƏZƏRİNƏ
“Filial bağlananda vəsait başqa filiala miqrasiya olunur. Bankda isə bu, sıfır müqavilə bağlanmış kimi qeyd edilir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “AtaBank” ASC-də miqrasiya ilə bağlı problemlər var idi:
“Bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu da vətəndaşın xeyrinə həll olunacaq”.Oxu.Az

