Şöhrət Məmmədovdan 1 milyonluq REKORD – VİDEO
Son bir ildə “Ay ömrüm” mahnısı ilə məşhurlaşan Şöhrət Məmmədov şou-biznesdə gündəmi ələ alıb. O, qısa zaman kəsiyində Azərbaycanın ən məşhur müğənnilərinin indiyə qədər çatmadığı rekorda imza atıb. Belə ki, Şöhrət Məmmədovun ifa etdiyi “Ay ömrüm” mahnısı 1 ilə “Youtube” kanalında 13 milyondan çox izlənilib. ARANTV.AZ xəbər verir ki, son zamanlar yaşından asılı olmayaraq hər kəsin sevərək dinlədiyi ifaçı Şöhrət Məmmədov növbəti rekorda imza atıb. İfaçının həmkarı Sabina Selcanla birgə dueti olan “Sus” mahnısı baxılma sayına görə rekord qırıb. Mahnı YouTube-da qısa zamanda 1 milyondan artıq insan izləyib. Qeyd edək ki, bəstənin müəllifi Şöhrət Məmmədovun özüdür.

