Hadisə 

52 yaşlı qadın özünü ağacdan asaraq intihar etdi

Göygöldə 52 yaşlı qadın özünü fındıq ağacından asaraq öldürüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Zeynalova Simuzər Malik qızı özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.APA

Daha çox xəbərlər