Türkiyədən Azərbaycana bayram təbriki – FOTO
Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Oxu.Az bu barədə səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilən məlumata istinadla xəbər yayır.
“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, – deyə təbrik mətnində qeyd edilir.

