İdman 

Azərbaycan klubları qapıçıları barədə qərar verdilər – FOTO

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzatdığını açıqlayıb.

ARANTV.AZ  xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımov növbəti mövsüm də paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Keşlə” buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyuşko Boyoviçlə müqaviləni yeniləyib, Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib, Slavik Alxasov və Cabir Əmirli ilə yollar ayrılıb.

Həmçinin, Premyer Liqanın digər klubu “Sabah” da qapıçısını komandada saxlayıb. Söhbət serbiyalı qolkiper Saşa Stamenkoviçdən gedir.

Xatırladaq ki, “Sabah” Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovu heyətinə qatıb, Kərim Diniyev və Vadim Abdullayevlə yolları ayırıb.Oxu.Az

Daha çox xəbərlər