Region Xəbərləri 

Cəbhə bölgəsində əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır- FOTO

Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni suvarma kanalları çəkilir, torpaq kanallar lil və kol kosdan təmizlənir, kanallar və hidrotexniki qurğular təmir edilir.

ARANTV.AZ xəbər verir ki,Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimovun verdiyi məlumata görə,
Tərtər rayonu üzrə 29133 hektar suvarılan əkin sahəsi var. Tərtər suvarma sistemləri idarəsinin balansında kənd təsərrüfatı bitkilərinin suvarılmasına xidmət edən 626 km təsərrüfatlar arası və təsərrüfat daxili torpaq məcralı kanallar xidmət göstərir.

Təsərrüfatlara suyun itkisiz çatdırılması üçün kanallar mexanizmilərlə lildən və kol kosdan təmizlənir. Bundan başqa su itkisinin qarşısını almaq məqsədilə torpaq kanallara beton üzlük çəkilir. Mollalar kanalının 5200 metrinə beton üzlük çəkilmişdir ki, bununda 1200 metri çarı ilin payına düşür. Hal hazırda işlər davam etdirilir.

Qeyd edək ki, rayona üzrə 2981 hektar sahədə pambıq əkilib, 2571 hektar arat olunub, 500 hektardan çox sahəya bitki suyu verilib, 300 hektardan çox sahədə 1-ci su suvarılmisdir. Bir sözlə təsərrüfat sahələri bol su ilə təmin edilir.

Daha çox xəbərlər