Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər – 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxaya yerləşdirilib.
Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.Milli.Az

