Dünya 

Ankarada bütün toplantıların keçirilməsi qadağan olundu

Türkiyənin bəzi bölgələrində son günlər COVID-19-a yoluxanların sayının artması səbəbindən paytaxt Ankarada bütün toplantıların keçirilməsi qadağan olunub.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ankara Valiliyindən bildirilib. Məlumatda qeyd edilib ki, bu tədbirlər ilkin mərhələdə 15 gün davam edəcək. Qeyd edək ki, Türkiyənin bir çox bölgəsində, o cümlədən Ankara, İstanbul və İzmirdə qoruyucu maskalardan istifadə məcburidir.

Daha çox xəbərlər