Saatlı sakinlərindən su problemi ilə bağlı etiraza İcra Hakimiyyətindən cavab – VİDEO
Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib.
ARANTV.AZ xəbər verir ki, sakinləri narahat edən su problemidir.
Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər.
“Söhbət rayonun Nabatkənd kəndindən gedir. Problem əkin sahələrinin suvarılması ilə bağlıdır. Kürün vəziyyəti ilə əlaqədar əkin sahələrinin suvarılması üçün yetəri qədər su yoxdur. Amma bu, tək Saatlıda deyil, bir çox rayonlarda yaşanan problemdir. Əraziyə icra hakimiyyətinin nümayəndələri gedib.
Sakinlərlə görüşülüb, danışılıb. Vəziyyət izah edilib. Aidiyyəti qurumlar tərəfindən də mümkün çərçivədə kömək göstərilməsinə çalışılır. Suvarma məsələsinə yardım məqsədilə texnikalar cəlb edilir. Kənd əhalisinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Hazırda hər şey qaydasındadır, heç bir problem, etiraz yoxdur”.

