Sosial 

“Ölkədə koronavirusun ikinci alovlanması gedir” – AÇIQLAMA

“Bu gün koronavirusun ikinci alovlanması baş verir”.

ARANTV.AZ  xəbər verir ki, bunu biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, xəstəliyin birinci dövründə yoluxma və ölüm sayı az idi:

“İkinci alovlanma dövründə, təəssüf ki, yoluxma və ölüm sayları artdı. Bu səbəbdən dövlət karantin rejimini sərtləşdirməyə məcburdur. Əgər əhalimizin 70-80 faizi bu virusa yoluxsa, bunun öhdəsindən gələ bilməyəcəyik.

Yalnız karantin rejimi qaydalarına riayət edilərsə, mübarizə apara bilərik. Maksimum xəstəliyə yoluxmadan qorunmaq lazımdır”.Oxu.Az

Daha çox xəbərlər