Bakıda 24 yaşlı gənc mopedi ağaca çırpdı: Ölən və xəsarət alan var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ -ın məlumatına görə, hadisə Nəsimi rayonu, R.Behbudov küçəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca çırpıb. İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.
Moped ağacla toqquşduqdan sonra yolun kənarında dayanmış 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Sonuncu yaralanaraq, xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.APA

