Hadisə 

Bakıda azyaşlı beşinci mərtəbədən yıxıldı

Bakıda beş yaşlı uşaq beşinci mərtəbədən yıxılıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün saat 07:00 radələrində Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Həmin binada beşinci mərtəbədə yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb.

Kəllə-beyin travması alan azyaşlı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.APA

Daha çox xəbərlər