Sosial 

Koronavirusa yoluxan deputat evə buraxıldı

Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

ARANTV.AZ-ın xəbərinə görə, deputat iki həftə ev şəraitində karantində qalacaq.

Qeyd edək ki, S.Alıyev iyunun 20-də koronavirusa yoluxduğunu bildirmişdi.

Bundan sonra S.Alıyev “Yeni klinikaya” yerləşdirilmişdi.

S.Alıyevin koronavirusa yoluxmasından sonra Milli Məclisin bütün deputatları analiz vermişdilər.

Lakin onlardan heç birinin nəticəsi pozitiv çıxmamışdı.Oxu.Az

Daha çox xəbərlər