Sərxoş sürücü üç idmançını öldürdü – Cənubi Koreyada
Cənubi Koreyanın İçhon şəhərində sərxoş sürücünün qəza törətməsi nəticəsində üç idmançı həlak olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə marafon qaçışı zamanı baş verib.
İdarəetməni itirən sürücü yolun kənarında qaçan idmançıları vurub. Yüngül atletlər xəstəxanaya aparılarkən həyatlarını itirib.
Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.

