Maraqlı 

Qənirə Paşayeva son 1 həftədə 300-dən çox seçicisinin qayğılarını dinləyib

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə Tovuz rayonundan olan 300-dən çox seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və problemlərin həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

ARANTV.AZ xəbər verir ki, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 250-dən çox müraciət dinlənib.

Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə komitə sədri müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

O, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və insanları koronavirusdan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Musavat.com

Daha çox xəbərlər