8 il övlad həsrətində olan şəhid gizirimizin qızı oldu
İki gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlərdə şəhid olan gizir Babayev Yaşar Vasif oğlunun bu gün qızı dünyaya gəlib.
ARANTV.AZ xəbər verir ki, Körpəyə Narin adı verilib.
Qeyd edək ki, 8 il ailəli olan Y. Babayev övlad arzusunda olub. Amma şəhid gizirə bu gün dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.BiG.AZ

