Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
16 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
C.Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.
Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.

