Maraqlı 

Yüksək IQ göstəricisinə sahib olan insanlar

İnanılmaz dərəcədə yüksək IQ göstəricisinə sahib olan insanlar haqqında toplanan maraqlı məlumatları təqdim edirik.

Judis Polqar

Qeyri-adi zəkaya malik olan macarıstanlı şahmatçı Judis Polqar artıq 15 yaşı olarkən dünyanın ən gənc şahmat çempionu olaraq bir ay ərzində Bobi Fişerin rekordunu təzələyir.Ailəsinin təkidi ilə şahmat dərslərinə körpə yaşlarından getməyə başlayır,çünki onların düşüncələrinə görə, körpə yaşlarından şahmatı öyrənməyə başlayan uşaqlar gələcəkdə bu sahədə daha çox uğur qazana bilərlər. Əslində bu, belə də olur. Hal-hazırda Judisın 39 yaşı var və o dünyada çox tanınmış bir insandır. Onun IQ göstəricisi təxminən 170-dir.

Kim Ung Yong

Dünyanın ən ağıllı insanlarından biri olan Kim Ung Yong 1962-ci ildə Koreyada anadan olub. 2 yaşı olanda Kim artıq 4 dildə səlis danışırdı. “Möhtəşəm uşaq” ləqəbi ilə tanınan vunderkind 4 yaşında universitetin kurslarına qatılaraq, 6 yaşında artıq fizika fakültəsində keçən dərslərdə iştirak edir.

Bir ildən sonra NASA tərəfindən ABŞ-da işləmək üçün dəvət alır. 1978-ci ildə vətəninə qayıdan Kim Ung Yong yerli universitetlərdən birində dərs deməyə başlayır. Hal-hazırda Kimin 53 yaşı var. IQ göstəricisi təxminən 210 olan, qeyri-adi zəkaya malik bu insan dünyanın ən ağıllı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Stiven Hokinq

Stiven Hokinq nəzəri fizika sahəsində etdiyi proqressiv araşdırmalarına görə çox məşhurlaşıb. O, həmçinin Kainatın qanunlarını izah edən digər tədqiqatlarına görə 14 mükafatın sahibidir. 7 bestsellerin müəllifi olan bu insanın IQ göstəricisi təxminən 160-dır.

Paul Allen

Dünyanın ən uğurlu insanlarından biri olan Paul Allen “Microsoft”un qurucuları arasında yer alıb. Paul 14,2 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin 48 insanından biri, bir çox şirkət və idman klubunun sahibidir. Hal-hazırda Paulun 62 yaşı var. Əqli imkanlarının bəhrəsini görə bilən və öz ağlını səmərəli istifadə edən bu zəkalı insanın IQ göstəricisi təxminən 170-dir.

Andreu Uiles

1995-ci ildə ingilis riyaziyyatçısı Fermatın “Son teoremi” adı verilən 358 illik teoremini sübutlayıb. Bu teorem dünyanın ən çətin riyaziyyat teoremi hesab olunurdu. Riyaziyyat sahəsindəki fəaliyyətlərinə görə “Sir” ləqəbini alan Andreu, həmçinin 15 mükafatın sahibidir. Onun IQ göstəricisi təxminən 190-dır.

Rik Rosner

Rik Rosner 1966-cı ildə yəhudi ailəsində anadan olub. Üstün zəkaya malik olan Rik imtahansız Sankt-Peterburq Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Sankt- Peterburqda yerləşən universitetlərdən birində çalışan Rik bununla yanaşı, həm də ABŞ-ın bır sıra universitetlərində dərs deyir. Çox maraqlıdır ki, bu cür zəkaya sahib olan Rik, həmçinin barmen və model olaraq çalışıb. 2003-cü ildə depressiyaya düşən üstün zəkaya malik olan bu insan artıq heç bir yerdə işləmir. Hal-hazırda Rikın 54 yaşı var və onun IQ göstəricisi təxminən 192-dir.

Kristofer Hirata

13 yaşından beynəlxalq fizika olimpiadalarının qalibi olaraq məşhurlaşan Kristofer Hirata üstün zəkası ilə fərqlənir. 14 yaşında Kaliforniya Texnologiya Universitetinə qəbul olunan bu gənc artıq iki ildən sonra NASA-da Mars planetində koloniyaların salınması ilə bağlı layihələrdə çalışır. 22 yaşında astrofizik doktoranturasını qazanaraq, bir çox mükafatların sahibidir. Hal-hazırda onun 33 yaşı var və onun IQ göstəricisi təxminən 225-dir.

Terence Tao

“Vergili uşaq” ləqəbi ilə tanınan Terence Tao artıq 2 yaşında asan riyazi məsələləri həll edə bilirdi. 9 yaşında universitet səviyyəsində riyaziyyat kurslarına qatılaraq artıq 20 yaşında Prinston Universitetində doktorluq dərəcəsini qazanmışdı. 24 yaşında Kaliforniya universitetlərindən birində üstün zəkaya malik olan bu gənc professor adı alır. Bu illər ərzində onun 230-dan çox elmi işləri dərc olunub. Cəmi 37 yaşı olan bu gəncin IQ göstəricisi 230-dur.

Samirə Tağıyeva, “İki sahil”

Daha çox xəbərlər