Hadisə 

Gəncə prospektində vurulan piyada öldü

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Ağadur Abdullayevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər