Əsas səhifə 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan Prezidentinə başsağlığı verib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli Prezident Əliyev.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq”.

Daha çox xəbərlər