Sinif yoldaşını güllələyib öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT-BƏRDƏ
Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, oktyabrın 15-də Bərdə rayonunun Böyük Göyüşlü kəndi ərazisində kənd sakinləri Sadiq Tapdıqbəyli və Yaşa Kərəmli ov edərkən S.Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Y.Kərəmliyə xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb.
S.Tapdıqbəyli Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Qeyd edək ki, S.Tapdıqbəyli ilə Yaşa Kərmli həmyaşıd olub və orta məktəbdə bir sinifdə oxuyublar. Onlar həm qonşu, həm də dost olub.publika.az

