Dünya 

Çində sutkada 60-a yaxın koronavirusa yoluxma halı qeydə alınıb

Son sutka ərzində Çində 58 yeni koronavirusa yoluxma aşkar edilib: 16 aktiv xəstə və 42 asimptomatik xəstə.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, aktiv hallardan 13-ü ölkə daxilində ÇXR Sincan Uyğur Muxtar Rayonunda, 3 aktiv və 12 asimptomatik xəstələr xaricdən gələnlərdir..

Əvvəlki gün ərzində 36 yeni yoluxma halı aşkarlanıb: 22 aktiv xəstə, 14 asimptomatik xəstə.

Daha çox xəbərlər