“Anadolu” agentliyi ermənilərin atəşə tutduğu Azərbaycan mövqeyində – FOTOREPORTAJ
Türkiyənin “Anadolu” agentliyi döyüşlərin getdiyi Azərbaycan-Ermənistan sərhədindən fotoreportaj yayımlayıb.
ARANTV.AZ xəbər verir ki, agentliyin yaydığl məlumatda son günlər döyüşlərin ara verdiyi, ancaq gərginliyin davam etdiyi bildirilib.
Qeyd edilib ki, “Anadolu” agentliyinin əməkdaşları iyulun 12-dən ermənilərin atəşə tutduğu Azərbaycan mövqelərindən birində olub.
Bildirilib ki, ermənilərlə qarşı-qarşıya keşik çəkən Azərbaycan əsgərlərinin barmaqları yeni hücumlara qarşılıq vermək üçün hər zaman silahın tətiyində gözləyir.
Oxu.Az
