Dünya 

Azərbacanlı vəkil Mixail Yefremovun vəziyyətindən danışdı

Rusiyanın Əməkdar artisti Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev Moskvanın mərkəzində ölümlə nəticələnən qəza hadisəsinə görə ev dustaqlığına məhkum edilmiş aktyorun vəziyyətindən danışıb.

Bu barədə RBK məlumat yayıb.

E.Paşayev bildirib ki, aktyor qəzadan sonra rahat ola bilmir və çox həyəcan keçirir.

Vəkil qeyd edib ki, M.Yefremov xəbərləri oxumur və internetdən istifadə etmir.

Həmçinin, aktyorun dərman qəbul etdiyi vurğulanıb.

Bundan əvvəl bildirilmişdi ki, məhkəməni gözləyən aktyor yalnız idman proqramlarına baxır və “Kultura” telekanalını izləyir. E.Paşayev M.Yefremovun xəbərləri izləyəcəyi təqdirdə “dəli ola biləcəyini” demişdi.

Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sonuncunun sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Aktyorun özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.

Daha çox xəbərlər